Əsas Səhifə > Dünya > İtaliyada koronavirusdan sağalanların sayı 150 mini keçib

İtaliyada koronavirusdan sağalanların sayı 150 mini keçib


29-05-2020, 06:43

 

İtaliyada koronavirus infeksiyasına yoluxmuş şəxslərin sayı 47986-ya enib. Onların sayı son sutkada daha 2980 nəfər azalıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Həmçinin son bir gündə 3503 nəfər müalicə yolu ilə bu virusdan xilas olunub və oların sayı 150604 nəfərə çatıb.

Son sutka ərzində COVID-19 diaqnozu ilə ölənlərin sayında da artım var – 70 nəfər (ümumilikdə İtaliyada koronavirusdan 33 142 nəfər ölüb). Bundan bir gün əvvəl 117 nəfərin öldüyü deyilirdi.

Hazırda müalicə müəssisələrində virusa yoluxmuş 7379 sakinin qaldığı bildirilir, sutka ərzində onların sayı 350 nəfər azalıb.

Qeyd edək ki, İtaliyada indiyədək 231732 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı təsdiqlənib, son sutkada isə daha 593 nəfərdə virus aşkar olunub.

Geri qayıt