Əsas Səhifə > Dünya > Türkiyədən ABŞ-ın hazırladığı terror hesabatına ETİRAZ: “Ayaqlarımızı qandallamağa çalışırlar”

Türkiyədən ABŞ-ın hazırladığı terror hesabatına ETİRAZ: “Ayaqlarımızı qandallamağa çalışırlar”


5-11-2019, 15:12

 

Şəffaflıq.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay ABŞ-ın terrorçuluqla bağlı hazırladığı hesabatla əlaqədar mühüm açıqlamalar verərək etirazını bildirib.

Fuat Oktay öz çıxışında hesabatın Türkiyəni FƏTÖ və YPG terror təşkilatları ilə mübarizəsindən döndürməyəcəyini bildirib. Vitse-prezident deyib: “Nə vaxt ayağa qalxsaq, inkişaf eləməyə başlasaq, üfiqə baxsaq, terror təşkilatlarının vasitəsi ilə qarşımızı kəsməyə, ayaqlarımızı qandallamağa çalışırlar. Biz buna imkan verməyəcəyik”.
Geri qayıt