Əsas Səhifə > Dünya > Ankarada Astranomiya Mərkəzi yanaraq külə dönüb -FOTO

Ankarada Astranomiya Mərkəzi yanaraq külə dönüb -FOTO


3-11-2019, 23:19
 Ankaranın Mamak rayonunda Əli Quşçu Astranomiya mərkəsində yanğın olub.
APA-nın yerli bürosunun xəbərinə görə, yanğın öncə elmi mərkəzin qülləsində baş verib, sonra bütünlükdə binaya yayılıb.
Astranomiya mərkəzi bazar günü qapalı olması səbəbindən hadisədə ölən və ağır yaralanan olmayıb. Lakin 8 nəfərin tüstüdən zəhərləndiyi bildirilir.
Yanğın zamanı baş verən partlayışlardan yaxınlıqdakı binalar zərər görüb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, faktla bağlı araşdırma başlanıb.
Qeyd edək ki, 2017-ci ildə Mamak Bələdiyyəsinin layihəsi olaraq istifadəyə verilən mərkəz tək elm adamlarının tədqiqat yeri olaraq deyil, səma cismləri ilə maraqlanan hər kəsin ziyarət yeri olub.


Geri qayıt