Əsas Səhifə > Dünya > Türkiyə Suriyada atəşkəs qərarı verib.

Türkiyə Suriyada atəşkəs qərarı verib.


17-10-2019, 23:10

 Türkiyə Suriyada atəşkəs qərarı verib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında deyib.
"PKK/YPG-nin 120 saat ərzində təhlükəsiz bölgəni tərk etməsi üçün Barış Pınarı hərəkatına ara veririk və bu atəşkəs deyil. Çünki atəşkəs iki qanuni tərəf arasında ola olur. YPG-nin ağır silahlarının yığılması, mövqelərinin, sursatının məhv edilməsi üçün razılıq əldə etdik. Yalnız terror ünsürləri bölgəni tərk etdikdən sonra hərəkatı dayandırmağımız müzakirə mövzusu ola bilər. ABŞ tərəfi hərəkatımızın haqlılığını və hədəflərimizin qanuniliyini qəbul edib. Bu gün baş tutan müzakirələrdə prezidentimizin qətiyyətli mövqeyi nəticəsində istədiklərimizi aldıq" - deyə M.Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, bu gün paytaxt Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Maylk Penslə görüşüb. Mətbuata qapalı keçirilən görüş 4 saat 20 dəqiqə davam edib. Tərəflər arasında Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyat ilə bağlı müzakirələr aparılıb. Kritik danışıqlardan sonra açıqlama verən M.Pens Suriyada atəşkəs barədə qərar qəbul edildiyini, YPG terror təşkilatının 5 gün ərzində bölgədən geri çəkiləcəyini bəyan edib. Terrorçuların Suriyanın şimalından çıxarılacağı təqdirdə Türkiyə hərbi əməliyyatı dayandıracağına söz verib.
Geri qayıt