Əsas Səhifə > Dünya > Məzarlıqdan gələn qorxulu səslərin sirri çözüldü - FOTO

Məzarlıqdan gələn qorxulu səslərin sirri çözüldü - FOTO


4-09-2019, 14:50

Türkiyənin Aydın bölgəsində Kızılcaköy məzarlığından gecə vaxtı yüksələn inilti səsləri ətrafdakıları qorxuya salıb.

Şəffaflıq.az Türkiyə mediasına istinadla bildirir ki, məzarlıqda axtarış işlərinə başlayan polis işçiləri inilti səslərinin məzarlıqdan deyil, məzarlığın yaxınlığında yerləşən bir quyuya düşən xəzinə axtaran şəxsdən gəldiyin müəyyən edib. xilasetmə komandasının çalışmaları nəticəsində təxminən 20 metr dərinlikdəki quyudan çıxarılan şəxs xəstəxanaya yerləşdirilib.
Verilən məlumata görə, Ü.İ adlı şəxs bir qrupla birlikdə bu quyuda xəzinə olduğuna dair məlumat alıb. Gecə yarısı gizlicə bölgəyə gələn qrup illər əvvəl dəmirlərlə bağlanmış quyunu açıblar. Ü.İ xəzinələri tapmaq üçün olduqca dərin quyuya enərkən yıxılıb. Ayağı, qolu və qabırğaları qırılan adamı dostları quyudan çıxara bilmədikdə onu orada buraxıblar.
Ətrafdakı vətəndaşlar məzarlıqdan inilti səsi gəldiyini eşitdikdə vəziyyəti polisə bildiriblər. bədəninin müxtəlif yerlərində çox sayda qırıq olan yaralı şəxs xəstəxanaya yerləşdirilib.
Polis adamı orada tək qoyaraq ölümə tərk edən digər şəxslər üçün axtarış işlərinə başlayıb.

 


Geri qayıt