Əsas Səhifə > Dünya > Dəhşətli hadisə - mina partladı.5 POLİS ÖLDÜ

Dəhşətli hadisə - mina partladı.5 POLİS ÖLDÜ


14-07-2019, 16:44
  Əfqanıstanın Bağlan əyalətində yol kənarında basdırılmış minanın partlaması nəticəsində azı beş polis əməkdaşı həlak olub, iki nəfər yaralanıb.
Əfqanıstanın Tolo News kanalı xəbər verir ki, partlayış polis əməkdaşlarının patrul keşiyi çəkdikləri zaman baş verib.
Hələ ki, heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.
Geri qayıt