Əsas Səhifə > Dünya > Dünyanın ən böyük “Quran”ı nümayiş olundu - FOTO

Dünyanın ən böyük “Quran”ı nümayiş olundu - FOTO


3-06-2019, 19:50
 Türkiyədə iriölçülü “Quran” kitabı sərgilənib.
“Anadolu” agentliyi xəbər verir ki, Türkiyənin Dəyanət Vəqfi tərəfindən hər il Ramazan ayında təşkil olunan 38-ci Türkiyə Kitab və Mədəniyyət sərgisində İstanbulun Böyük Çamlıca məscidində nümayiş olunan “Quran” böyük marağa səbəb olub.
Kitabın ağırlığı 70 kq təşkil edir. Ölçüsü 71X98 sm, qalınlığı isə 9 sm-dir.
Bununla da Türkiyədə ən böyük “Quran”ı ərsəyə gətirən mətbəəçi Mustafa Cüflük deyib:
“Müqəddəs kitabın ilk ayəsində deyildiyi kimi, “Quran” divardan asılmaq üçün deyil, oxumaq üçün nazil olub”.
Nəhəng kitabın hazırlanması dörd ay vaxt aparıb.(oxu.az)


 
Geri qayıt