ABŞ-da çimərliklər və parklar bağlanır

 

Havay adalarında (ABŞ) koronavirus infeksiyası ilə xəstələnənlərin sayı yenidən artmağa başlayıb. 

Şəffaflıq.az bildirir ki, bu barədə “Travel and Leisure” xəbər verib.

Pandemiya dövründə bu Amerika ştatında koronavirusa 3600 yoluxma halı qeydə alınıb, onlardan 231-ötən həftəsonu baş verib.

Bu səbəbdən ştatın qubernatoru Devid İqe adalar arasında səyahət etmək üçün məcburi karantini bərpa edib. Daha əvvəl o, aprelin 1-dən iyunun 16-dək Kauai, Maui və Kalavaoya səfər edənlər üçün tətbiq edilmişdi.

“Biz Oahuda COVID-19 hallarının artması səbəbindən qonşu adaların sakinlərini qorumalıyıq”, - deyə məmur bildirib.

Honolulu şəhərinin yerləşdiyi Oahu adasına səfər edərkən iki həftəlik özünütəcridə riayət etmək lazım deyil. Lakin orada bir neçə gün əvvəl parklar, çimərliklər bağlanıb, attraksionların və əyləncə mərkəzlərinin işi dayandırılıb. 10-dan çox adam qrup halında toplaşa bilməz. İctimai yerlərdə yerli sakinlər və turistlər maska taxmalı və sosial məsafəyə riayət etməlidirlər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}