Donald Tramp ABŞ-ın 100 milyon dozalıq peyvənd istehsal edəcəyini açıqladı


 

“ABŞ ekspertlərin müvafiq rəyi alındıqdan sonra koronavirus əleyhinə 600 milyon dozalıq peyvənd istehsal edəcək”.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların prezidenti Donald Tramp jurnalistlər qarşısında bəyan edib.

“Biz bunun üçün “Moderna” biotexnologiya şirkəti ilə razılığa gəldik. Federal hökumət istehsal prosesini özü maliyyələşdirəcək, biz isə preparatları alacağıq”,-deyə o qeyd edib.

Qeyd etmək lazımdır ki, “Moderna” erməni əsilli livanlı iş adamı Nubar Afeyana məxsusdur.

Prezidentin sözlərinə görə, 3 namizəd-peyvənd artıq klinlik sınaqların final mərhələsindədir. Ərzaq məhsulları və dərman preparatlarına sanitar nəzarət üzrə federal idarə (FDA) razılıq verdikdən sonra onun tədarükünə başlanılacaq.

Ağ Evdən verilən məlumata görə, dövlətin 6 peyvəndin hazırlanması üçün qoyduğu investisiyaların ümumi həcmi 12 milyard dollar təşkil edir. Hazırda 140 adda klinik testlərin keçrilməsi prosesi gedir. FDA 200-dən çox test üçün lisenziyanı təsdiqləyib. Bunlardan 170-i molekulyar, qalanları isə anticisim və antigenlərin müəyyənləşdirilməsi ilə bağlıdır.

Maraqlıdır ki, Donald Tramp jurnalistlərin Rusiyanın bu məsələdə birinci olması ilə bağlı suallarına cavab verməkdən boyun qaçırıb.

Qeyd edək ki, bundan öncə ABŞ hökuməti peyvəndin hazırlanması üçün Böyük Britaniya-İsveç birgə müəssisəsi sayılan “AstraZeneca” şirkəti ilə 1,2 milyard dollar müqabilində müqavilə imzalamışdı. Sözügedən şirkət Böyük Britanyanın Oksford universitetinin ekspertləri ilə çalışır. Bundan başqa Vaşinqton administrasiyası ABŞ-ın “Moderna” şirkətinə 486 milyon, “Johnson & Johnson” korporasiyasına isə 456 milyon dollar pul ayırıb. Peyvəndin hazırlanması üzərində “Merck” və “Pfizer” kim nəhəng əczaçılıq firmaları da ciddi iş aparırlar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}