Bayden: “Çinlə ticarət sazişi iflasa uğrayır”

 

Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden Çin ilə ticarət sazişinin çökdüyünü açıqlayıb.

Şəffaflıq.az məlumatına görə, bu barədə “Reuters” xəbər verir.

“Trampın (ABŞ prezidenti Donald Tramp - Red) ticarət sazişi ilə bağlı əldə etdiyi razılaşmanın ilk mərhələsi uğursuzluqla nəticələnir”-deyə, o bildirib.

ABŞ Ticarət Nazirliyinin məlumatına görə, bu ilin iyun ayında ABŞ və Çin arasındakı ticarət kəsiri may ayına görə 5 faiz artıb.

Bundan əlavə, ABŞ Ticarət Departamentinin məlumatları Pekinin Amerika mallarını almaq öhdəliyini yerinə yetirmədiyini göstərir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}