Beyrutda partlayış zamanı BMT-nin onlarla əməkdaşı yaralanıb

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşları Beyrutda partlayış nəticəsində zərər çəkib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə çərşənbə günü təşkilatın baş katibinin rəsmi nümayəndəsinin müavini Farxan Hak "Al Jazeera" telekanalına bildirib.


"Beyrutda partlayış nəticəsində BMT-nin 48 əməkdaşı və onların 27 ailə üzvü xəsarət aldı", - Hak qeyd edib.


Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutun dəniz limanında, Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında güclü partlayış baş verib. Partlayışın dalğası Livan paytaxtının yaşayış məntəqələrini silkələyib. Son məlumatlara görə, hadisə zamanı azı 78 nəfər ölüb, 4 min insan xəsarət alıb.


Livanın paytaxtı fəlakət rayonu elan edilib. Şəhərdə iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}