Almaniyada pandemiyanın ikinci dalğası başlayır

 

“Almaniya koronavirus pandemiyasının ikinci dalğasının başlanğıcındadır”.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Brandenburq Tibb İnstitutunun Mikrobiologiya və Virusologiya İnstitutunun rəhbəri, professor Frank Hufert “RİA Novosti”yə bildirib.

“Biz ikinci dalğanın başındayıq. Düşünürəm ki, indi nəyin baş verdiyini iki-üç həftədən sonra dəqiq biləcəyik” deyən mütəxəssis, bu fasilənin xaricə və ya məzuniyyətə çıxan vətəndaşların geri qayıtması ilə əlaqəli olduğunu söyləyib. Onun sözlərinə görə, hər iki amil Almaniyada infeksiyanın yayılma ehtimalını gücləndirir.

Huber əlavə edib ki, məktəbə getmək “gündəlik kütləvi fəaliyyətdir” və təhsil müəssisələrində gigiyena tələblərinə məhəl qoymamaq xəstə sayının artmasına bilavasitə yol açır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}