Kürdlər ABŞ şirkəti ilə neft sazişi imzalayıblar - Suriya və Rusiyanın acığına


 

Suriya kürdlərinin siyasi nümayəndələri Amerika Birləşmiş Ştatlarının (ABŞ) şirkəti ilə ərəb respublikasının şimal-şərq rayonlarındakı neft yataqlarının modernləşdirilməsi barədə saziş imzalayıblar. Bu ərazilər əsasən, kürdlərdən ibarət olan «Suriya demokratik qüvvələri» (SDQ) adlı silahlı biləşmənin nəzarəti altındadır. Bu barədə iyulun 30-da ABŞ Konqresi Senatının üzvü Lindsi Qrem xəbər verib («Röyter»).

Respublikaçı-senator bu fikiri səsləndirərkən, birbaşa SDQ-nin komandanı, general Məzlum Kobanidən aldığı informasiyaya istinad edib. «Mən, dünən general Məzlumla söhbət etmişəm. Sən demə, onlar ABŞ-ın neft şirkəti ilə Suriyanın şimal-şərqindəki neft sahələrinin modernləşdirilməsi barədə sövdə imzlayıblar» - deyə, Qrem senatın xarici işlər Komitəsindəki dinləmələr zamanı çıxışında bildirib. Dinləmələrdə ABŞ dövlət katibi Mayk Pompeo da iştirak edib.

«Siz, bunu dəstəkləyirsinizmi?» - Qrem DD başçısından soruşub. «Biz, bunu dəstəkləyirik» - deyə, Pompeo lakonik cavab verib.
Nə Qrem, nə də Pompeo bu zaman söhbətn məhz hansı ABŞ şirkətindən getdiyini dəqiqləşdirməyib.

Xəbər verildiyi kimi, iyulun 23-də Biləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının (TŞ) iclasında Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, Birləşmiş Ştatlar ləngimədən Suriyanın şimal-şərqindəki neft obyektlərinin işğalını dayandırmalıdır.


«Biz, yenidən ABŞ-ı ləngimədən Suriya Ərəb Respulikasının işğalını dayadırmağa və onun təbii ehtiyatlaını hökumətə qaytarmağa çağırırıq» - rusiyalı nümayəndə bildirib.

Rusiyalı diplomat diqqəti həm də qərb KİV-nin yaydığı bu xəbərə yönəldib ki, «ABŞ-ın neft hasilatı üzrə barbar üsulları Suriya və İraqda ekoloji fəlakətə gətirib çıxarda bilər».

«Suriya özünün neft yataqlarına çıxışının omaması səbəbilə, hər ay 40 milyon dollar itirir. Bunu Suriya hökumətinə qaytarmaq ABŞ tərəfindən ən yaxşı kömək olardı, nəinki Brüssel konfrasında elan olunmuş donor üzvlük haqqı» - Nebenzya qeyd edib.

Birləşmiş Ştatlar bundan əvvəl, Suriyada (Ərəfat çayının şərq rayonları) neft yataqlarının mühafizəsi üçün xüsusi bölmələrin yaradılmasına başlayıb. Mənbələrin məlumatına görə, həmin bölmələrin tərkibinə SDQ daxilindəki etnik ərəb döyüşçülər cəlb olunub. Bu bölmələrin nüvəsini kürdlərdən ibarət «Xalq özünümüdafiə dəstələri» (YPG) təşkil edir. Sözügedən xüsusi bölmələrin vəzifələrinə Deyr-əz-Zor əyalətində Bəşər Əsədi müdafiə edən İran yönlü döyüşçülərin mümkün hücumlarının qarşısının alınması tapşırığı daxildir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}