Yunanıstan Türkiyədən dronlar alacaq - Gərginlik azalır?


 

Türkiyənin mülki uçan pilotsuz aparatlar (PUA) istehsal edən şirkəti Yunanıstan Müdafiə Nazirliyi üçün 50 ədəd miniatür taktiki drondan ibarət patiyanın satışı üzrə kontraktı udub. Bu barədə iyulun 30-da «Defense News» portalı xəbər verib.

Türkiyənin «Assuva Savunma Sanayi» şirkəti bəyan edib ki, iki «Proton Elic RB-128» pilotsuz uçağı artıq Yunanıstana göndərilib, qəbul sınaqları da uğurla keçib.

Şirkətin prezidenti Remzi Başbuğ bildirib ki, bu, eyni zamanda həm NATO, həm də Avropa İttiaqının (Aİ) üzvü olan ölkəyə şirkətin ilk ixrac sövdəsidir.

Vəziyyətin özəlliyi ondan ibarətdir ki, eyni hərbi-siyasi blokun üzvü olmaqlarına baxmayaraq, Yunanıstan Türkiyəyə potensial rəqib qismində yanaşır. Qonşu ölkələrin tarixən mürəkkəb münasibətləri, Kipr ətrafındakı münaqişə və Şərqi Aralıq dənizindəki ərazi mübahisələri son vaxtlar Ankaranın Aya Sofiya məbədinin statusunun dəyişdirilmsi barədəki qərarı və Türkiyənin yunan adaları yaxınlığında qazma fəallığı ilə əlaqədər daha da gərginləşib.

Gözlənildiyi kimi, Yunanıstan Müdafiə Nazirliyinin Türkiyə istehsallı dronlar almaq qərarı bu ölkənin ictimaiyyəti tərəfindən pislənir.
“Biz, Yunanıstana ixrac üçün bütün lazımi lisenziyaları almışıq” - Başbuğ bildirib və əlavə edib ki, şirkət bundan əvvəl elə həmin dronları Türkiyə, Çin və Şri-Lanka silahlı qüvvələrinə də satıb.

Miniatür taktiki «Assuva» dronları axtaış-xilasetə işlərində istifadə oluna bilər. O, həm də yeraltı bunkerləri, partlayıcı maddələri, yerüstü minaları aşkarlamaq qabiliyyətinə malikdir. İstilik kamerası sayəndə dronlar təsviri 1 kilometrə qədər məsafəyə ötürə bilirlər.


Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş