Yaponiyada yenidən rekord yoluxma qeydə alındı

 

Yaponiyada artıq üçüncü gündür ki, son sutka ərzində koronavirusa rekord sayda - 1 579 yoluxma qeydə alınıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl, rekord yoluxma 1 301 nəfər olub.

Ölkədə koronavirusa yoluxanların sayının 37 100 nəfərə çatdığı bildirilir. Bu virusun yaradığı xəstəlik nəticəsində isə 1 024 nəfər həyatını itirib.

Daha 87 nəfərin vəziyyətinin çox ağır olduğu bildirilir.

Eyni zamanda, qeyd edilir ki, üç prefekturada rekord sayda koronavirusa yeni yoluxma halı qeydə alınıb.
шаблоны для dle 11.2


Facebook-da paylaş