Xabarovsk etirazları Rusiyada “böyük yanğına” çevrilə bilər - “The New York Times” qəzeti


 

Rusiyanın Xabarovsk şəhərindəki etirazlardan yazır, onminlərlə sakinin qatıldığı aksiyaların Putindən böyük xalq etirazı olduğunu vurğulayır.

Etirazlar region qubernatoru Sergey İ. Furgalın qətl ittihamlarıyla həbsinə, prezidentin bu vəzifəyə təyinatına qarşı keçirilir.

“Etirazların lideri yoxdur, bir neçə konkret tələb irəli sürülüb. Ancaq onlar paytaxtdan uzaqda yerləşəşəhəri canlandırıb, siyasətə qarışmayan sakinləri bir gecəyə fəala çevirib, Putin idarəçiliyi dövründəki korrupsiya və yoxsulluqdan narazılığın necə sürətlə böyük yanğına çevrildiyini ortaya çıxarıb,– məqalədə vurğulanır.

“Bu heç də bizim başımıza gələn pis hadisəyə görə deyil. Ölkənin başına pis hadisənin gəldiyini anladıq”, – təqaüddə olan mühasib Elena Okhrimenko deyib. O, təqaüddə olan yük maşını sürücüsüəriylə birlikdə evdəqayırma plakatlarla aksiyaya çıxıb.

“İndilik cəmiyyət darvazalara hücum edəcək səviyyədə radikallaşmayıb. Ancaq fikrimcə, hakimiyyəölkədə həqiqətən baş verənləri görə bilməsə, bu, zaman məsələsidir, – Karnegi Moskva Mərkəzinin əməkdaşı Tatyana Stanovaya qəzetə deyib.

Sosioloq Sergey Belanovskıy bu yaxınlarda yazırdı ki, Furgalın region qubernatoru kimi populyarlığı bənzərsizdir, ona görə də Xabarovskdakı etirazların başqa yerlərdə təkrarlanması real görünmür. Ancaq baş verənlər hər hansı etinasızlığa cavab olaraq etiraza qalxmaq həvəsinin getdikcə gücləndiyini göstərir.


Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş