Virusun tüğyan etdiyi ölkə qapılarını turistlərin üzünə açır

 

Ötən sutka Braziliyada virusa yoluxma statistikasında rekord qeydə alınıb. Sutka ərzində 70 min 869 nəfərin infeksiya testi müsbət nəticə verib. Bununla da ölkədə virusa yoluxanların sayı 2.5 milyon nəfəri keçib.


Şəffaflıq.az xəbər verir ki, Braziliyada koronavirusla bağlı vəziyyətin yalnız pisləşməsinə baxmayaraq, ölkə qapılarını turistlərin üzünə açır. “The Straits Times” qəzetinin yazdığına görə, Cənubi Amerika dövləti turistlərdən tubbi sığortadan başqa heç nə tələb etmir.

Əcnəbilərin ölkəyə gəlişinə icazə ilə bağlı hələlik konkret tarix açıqlanmayıb. Böyük ehtimalla, turistlərə yaxın bir ay ərzində yaşıl işıq yandırılacaq. Bu müddətdə beş aeroportdan başqa, ölkənin bütün hava limanlarında işin bərpası nəzərdə tutulub. Braziliyada martdan beynəlxalq uçuşlar dayandırılıb.


Hələ iyulun 17-də Braziliyada səfərdə olab Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Maykl Rayan ölkədə virusla bağlı vəziyyətin sabitləşdiyini söyləmişdi. Amma bu açıqlamadan sonra Cənubi Amerika dövlətində durum bir az da pisləşmişdi. İndi Braziliya sutkalıq yoluxma sayına görə ABŞ-ı da geridə qoyur.
шаблоны для dle 11.2


Facebook-da paylaş