Bu il Oktyabrın sonunadək Bakıdan bu 3 şəhərə xüsusi reyslər davam edəcək

 

AZAL 2020-ci ilin oktyabr ayının sonunadək Bakıdan İstanbul, Berlin və Londona xüsusi reyslər həyata keçirməyə davam edəcək.

AZAL-dan verilən məlumata görə, yeni cədvələ uyğun olaraq İstanbula uçuşlar hər gün, Londona - hər həftə cümə axşamları, Berlinə - cümə günləri yerinə yetiriləcəkdir.


Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar. 


Bakı-İstanbul reysinə aviabiletlər Azərbaycan, Türkiyə və bu ölkəyə gəlmək hüququ olan digər dövlətlərin vətəndaşları tərəfindən əldə edilə bilər.


Bakı-London reysi ilə Böyük Britaniyaya gəlmək hüququ olan sərnişinlər daşına bilər. Bundan əlavə, uçuşdan əvvəl 48 saat ərzində www.gov.uk/provide-journey-contact-details-before-travel-uk saytında onlayn anket doldurulmalıdır. Anket göstərilən müddət ərzində doldurulmadığı təqdirdə, Londonun "Heathrow" hava limanının miqrasiya strukturlarının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilərlər.


Bakı-Berlin reysindən Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları yararlana bilərlər.


Xarici ölkələrdə təhsil alan Azərbaycanlı tələbələr vətənə qayıtdıqda hər üç istiqamətdə aviabilet alarkən 30% endirimdən yararlana bilər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz:https://youtu.be/HylsY0m9cEM


Bakı istiqamətində yerinə yetirilən reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı siyahıda qeyd olunan şəxslərə icazə verilir:


• Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;


• Ailə üzvləri (həyat yoldaşı, valideynləri və ya azyaşlı övladı) Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;


• Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;


• Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşamaq icazəsi olan əcnəbilər;


• Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.


Uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə https://www.azal.az/az/information/covid-clinics saytında tanış ola bilərsiniz.


Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş