Dünyada bir gündə COVID-19-a rekord yoluxma qeydə alındı

 

Dünyada koronavirusa yoluxanların sayı 12,1 milyonu ötüb, virusdan 551 mindən çox insan ölüb. 

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada 12 102 328 insan koronavirusa yoluxub, 551046 pasiyent ölüb. Son sutkada virusa 228 102 yeni yoluxma aşkarlanıb, 5565 nəfər ölüb.

“Reuters” agentliyi bildirib ki, pandemiyanın başlanğıcından ötən gün ərzində dünyada koronavirusa ən böyük sayda yoluxma qeydə alınıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}