ABŞ-da bir gündə yoluxanların sayı 60 mini keçdi

 

ABŞ-da son 24 saat ərzində daha 63 247 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə günlük yoluxma sayında rekord qeydə alınıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat verib. Sutka ərzində ştatlar üzrə xəstəlik səbəbindən həyatını itirənlərin sayı isə 990 nəfər təşkil edib. ABŞ-da may ayının sonlarında gündəlik yoluxma sayı 20 min səviyyəsinə ensə də iyun ayının ortalarından etibarən bu göstərici artmağa başlayıb. Yoluxma sayının sürətlə artmasına baxmayaraq mütəxəssislər bunu ikinci dalğa olaraq qiymətləndirmir. Ölkədə hazırda 1 658 248 aktiv koronavirus xəstəsinin olduğu bildirilib.

Qeyd edək ki, ABŞ-da bu günə qədər 3 220 559 koronavirusa yoluxub, onlardan 135 828 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}