Türkiyənin 6 şəhərində əsgər yola salma mərasimləri ləğv edildi

 

Türkiyənin İstanbul, Ankara, Kahramanmaraş, Kayseri, Malatya və Hatay şəhərlərində koronavirus pandemiyası səbəbindən yenidən bəzi məhdudiyyətlərin tətbiqinə başlanıb.

Şəffaflıq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bundan sonra adıçəkilən şəhərlərdə əsgər yola salma mərasimlərinin keçirilməsinə icazə verilməyəcək. Bu qərarın tətbiqinə səbəb həmin əyalətlər üzrə Covid-19-a yoluxma sayının azalmamasıdır. 


Avtobus terminallarında, küçələrdə tez-tez rast gəlinən “yolasalma” mərasimlərində bundan sonra hərbi xidmətə yollanan şəxsin yalnız birinci dərəcəli yaxınları iştirak edə bilər. Bununla bağlı həm əsgər, həm də valideynləri əyləncə təşkil olunmayacağı və karantin qaydalarına əməl edəcəkləri barədə öhdəlik məktubu imzalayacaqlar.

Qadağaya əməl etməyənləri cərimə və həbs cəzası gözləyir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}