Nyu-York birjası yenidən geriləmə ilə bağlanıb

 

ABŞ-da koronavirus pandemiyasından sonra iqtisadi artımda problemlərin ola biləcəyi xəbəri Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracda əsas indekslərin ucuzlaşmasına gətirib çıxarıb.

Şəffaflıq.az xəbər verir ki, hərracın sonunda “Dow Jones” Sənaye İndeksi 396,85 bənd (-1,51%) enişlə 25 890,18 bəndə, ABŞ-ın 500 ən iri şirkətini əhatə edən “S&P 500” indeksi də 34,40 bənd (-1,08%) azalma ilə 3 145,32 bəndə geriləyib.

“Nasdaq” Texnologiya İndeksi də 89,76 bənd (-0,86%) geriləyərək 10 343,89 bəndə düşüb.

Bundan başqa, “WTI” markalı yüngül neftin avqust fyuçerslərinin qiyməti 40,41 ABŞ dolları təşkil edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}