Braziliya prezidenti koronavirusa yoluxub

 

Braziliya Prezidenti Jair Bolsonaru koronavirus infeksiyasına yoluxduğunu bildirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə dövlət başçısı özü iqamətgahında jurnalistlərə açıqlama verərkən deyib.

“COVID-19-a üzrə testin nəticəsi müsbət oldu”, - deyə “G1” portalı prezidentdən sitat gətirib. Bolsonaru, həmçinin özünü yaxşı hiss etdiyini də bildirib.

Xəstəliyin simptomları barədə braziliyalı prezident bundan bir gün əvvəl açıqlama vermişdi. O, hərarətinin 38 dərəcəyədək qalxdığını, maqnit-rezonans tomoqrafiyası zamanı ağ ciyərlərində problemin aşkarlanmadığını qeyd etmişdi.

Yerli KİV qeyd edir ki, Braziliya lideri küçədə dəfələrlə maska və əlcəksiz görünüb. Mitinqlərdə və nümayişlərdə o, həmişə sosial məsafəni müşahidə etməyərək tərəfdarları ilə ünsiyyət qurur və şəkil çəkdirirdi.

Bolsonaru, “şaquli özünütəcrid”in zəruriliyinin tərəfdarıdır, onun fikrincə, yalnız risk qrupuna aid və 60 yaşdan yuxarı insanlar pandemiya dövründə evdə qalmalıdırlar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}