İranda koronavirusdan sutka ərzində 200 nəfər ölüb

 

İranda son 24 saat ərzində 2637 nəfərin koronavirusa yoluxması aşkar edilib, 200 nəfər isə həyatını itirib.

Şəffaflıq.az İranın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla da ümumilikdə yoluxanların sayı 245 min 688-ə, ölənlərin sayı isə 11 min 931-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alaraq sağalan 207 min nəfər evə buraxılıb. Müalicəsi davam edən 3 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır.

Xəstəliyin geniş yayılması və ölüm hallarının artması Tehranda və digər böyük şəhərlərdə karantin rejiminin sərtləşməsini zərurətə çevirib. İranın koronavirusla mübarizə mərkəzi tibbi maskadan istifadəni məcburi edib. Tibbi maskadan istifadə etməyənlər ictimai nəqliyyata, ticarət mərkəzlərinə, aptek və xəstəxanalara buraxılmır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}