ABŞ-da son sutkada 44 953 nəfər koronavirusa yoluxub, 325 nəfər ölüb

 

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 44 953 yoluxma halı qeydə alınıb, 325 nəfər vəfat edib.


Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da indiyədək 2 938 624 yoluxma aşkarlanıb, 130 mindən çox insan vəfat edib.


Xəstəlikdən sağalanların sayı 924 mindən çoxdur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}