İranda COVID-19-dan rekord sayda ölüm qeydə alınıb

 

İranda son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb. 

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, son 24 saat ərzində koronavirusdan müalicə alan 163 nəfər vəfat edib, 2 560 yoluxma faktı qeydə alınıb.

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə 240 438 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 201 330 nəfər müalicə olunaraq sağalıb, 11 571 nəfər vəfat edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}