İranda elektrik stansiyasında partlayış baş verib

 

İranın Əhvaz şəhərində yerləşən elektrik stansiyasında partlayış olub.


Şəffaflıq.az-ın məlumatına görə, transformatorun partlaması səbəbindən stansiyada yanğın baş verib.

Mehr agentliyinin verdiyi məlumata görə, yanğını lokallaşdırmaq mümkün olub.


Bildirilib ki, hadisəyə səbəb istilik olub. Dəymiş zərərin dərəcəsi müəyyənləşdirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}