Tramp Merkeli “səfeh” adlandırıb

 

ABŞ və Almaniya liderlərinin telefon danışıqlarını izləyən şəxslərin sayı azaldılır. CNN-in iddiasına görə, azalma ABŞ prezidentinin korrekt olmayan ritorikası ilə bağlıdır.


Şəffaflıq.az xəbər verir ki, rəsmi Berlin Trampın kansler Angela Merkellə telefon söhbətlərindən çox narahatdır. Çünki ABŞ prezidenti danışıq zamanı adekvat ifadələrdən istifadə etmir, bəzən hətta çox aqressiv olur. CNN-ə məlumat ötürən alman məmurun dediyinə görə, Berlin Trampın sərhədləri aşdığını nəzərə alaraq telefon danışıqlarını izləyənlərin sırasında ixtisar aparıb.

Tramp söhbətlərin birində gerçəkdən qırmızı xətti keçib. O, Merkellə danışıq zamanı agent Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsinə görə Rusiyanın məsuliyyətə cəlb olunma ehtimalı ilə bağlı Almaniyanın mövqeyini sərt tənqid edib. Söhbətin bir yerində ABŞ prezidenti hətta Merkeli “səfeh” adlandırıb. CNN-ə danışan məmur deyir ki, Tramp həmkarını rusların cibində olmaqda ittiham edib.


Merkel bir müddət əvvəl 6 böyük media orqanına müsahibədə ABŞ-ın dünya lideri obrazını oynamaq istəyinə ciddi yanaşmadığını söyləmişdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}