Tramp Almaniyadan 9,5 min ABŞ hərbçisini çıxarmaq planını təsdiqləyib

 

ABŞ Prezidenti Donald Tramp Almaniyadan 9,5 min ABŞ hərbçisinin çıxarılması haqqında planı təsdiqləyib.

Şəffaflıq.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Jonatan Hoffman məlumat verib.

O bildirib ki, təsdiqlənmiş plana Rusiyanın özündə möhkəmlənməsini təmin etməklə yanaşı, həm də ABŞ-ın Avropadakı strateji elastikliyini və əməliyyat şəraitini, manevr qabiliyyətini yaxşılaşdıracaq.

Yaxın vaxtlarda bu mövzuda Konqresin müvafiq komitələrində brifinqlərin keçiriləcəyi, eyni zamanda NATO müttəfiqləri ilə məsləhətləşmələrin aparılacağı vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Tramp NATO-ya ödəmələri gecikdirdiyi üçün Almaniyadakı ABŞ qoşunlarının sayını 34,5 mindən 25 min nəfərə endirəcəyini vəd etmişdi.

Polşa isə öz ərazisində ABŞ qoşunlarının saxlanılması məqsədilə maliyyə ödənişinə hazır olduğunu, təxminən, 1,5-2 milyard dollar xərc çəkməklə bu ölkənin zirehli bir bölməsini yerləşdirməyi təklif edib.

Polşa prezidenti, həmçinin, bazaya "Fort Tramp" adının verilməsi təklifilə çıxış edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}