Braziliyada daha 656 nəfər koronavirusdan öldü

 

Braziliyada son sutka ərzində daha 22 941 nəfərdə koronavirus aşkarlanıb, 656 nəfər bu virusun qurbanı olub. 

Şəffaflıq.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 368 195-ə, bu virusdan ölənlərin sayı isə 58 314-ə yüksəlib.

Bundan əlavə, indiyədək 733 848 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Ölkədə 576 033 aktiv koronavirus xəstəsi var ki, onlardan da 8 318-nin vəziyyəti ağırdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}