İranda bir gündə koronavirusdan rekord ölüm

 

İranda son 24 saat ərzində daha 167 nəfər COVID-19 yoluxucu xəstəliyi səbəbindən həyatını itirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə açıqlama verib. O, bunun pandemiya başlayandan etibarən bir gündə qeydə alınan ən yüksək ölüm sayı olduğunu bildirib.

Ötən gün ərzində ölkədə daha 2 457 insanda koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 227 min 662-yə çatıb. Bu günə qədər ümumilikdə 4 958 nəfər xəstəlik səbəbindən həyatını itirib, 188 min 758 pasiyent isə müalicə olunaraq sağalıb.

Ölkədə 1 milyon 666 min 587 nəfərin koronavirus testindən keçdiyi qeyd olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}