Rusiya daha bir dərmanı koronavirusun müalicəsi üçün təsdiqlədi

 

Rusiyanın Səhiyyə Nazirliyi Covid-19-un müalicəsi üçün daha bir preparatı dərman vasitələrinin dövlət reyestrində qeydiyyata alıb.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, dərmanın ticari adı “Areplivir”dir. Onun beynəlxalq qeyri-mülkiyyətçi və ya qruplaşdırma və ya kimyəvi adı "Favipiravir" dir. Dərmanı “Promed” şirkəti həblər şəklində istehsal edir. “Areplivir”i yalnız xəstəxana şəraitində istifadə etmək olar.

Qeyd edək ki, dərmanın heyvanlar üzərində təcrübəsi zamanı onun koronavirusu 5-6 gün ərzində məhv etdiyini göstərib. “Areplivir”dən əvvəl Rusiyada koronavirus əleyhinə “Avifavir” dərmanı qeydiyyata alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}