Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

 

Çində son sutka ərzində 27 nəfərdə koronavirus aşkarlanıb, 12 pasiyent sağalıb, ölən olmayıb. 

Şəffaflıq.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, yoluxma hallarından 23-ü ölkə daxilində (22-si Pekində, 1-i Hubey əyalətində), 4-ü isə xaricdən gələn şəxslərdə aşkarlanıb.

Ölkədə 308 aktiv koronavirus xəstəsi var ki, onlardan da 11-i ağır vəziyyətdədir.  

Çində ümumilikdə 83 352 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 410 nəfər sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}