ÜST: Son sutkada COVID-19-a 142,6 min yoluxma qeydə alınıb

 

Dünyada koronavirusa yoluxma hallarının sayı 7,5 milyonu ötüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ümudünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, ayrı-ayrı ölkələrdə təhlükəli virusdan ümumilikdə 423 mindən çox insan ölüb.

ÜST bildirib ki, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 7 553 182-yə çatıb. Pandemiya ərzində dünyada indiyədək koronavirusdan 423 349 pasiyent ölüb.

Son gün ərzində virusa 142 672 yeni yoluxma qeydə alınıb. Ötən sutka daha 5 055 insan pandemiyanın qurbanı olub.  

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}