Rusiyada koronavirusdan ölənlərin sayı 5,5 mini ötüb

 

Rusiyada son bir gündə daha 8726 nəfərə COVID-19 diaqnozu qoyulub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 449834 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 144 nəfər artaraq 5528-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 212680 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1855 nəfər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}