ABŞ üçün Böyük Böhran dövrünün təkrarı proqnozlaşdırılıb

 

ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir.

Müvafiq rəyi “Bloomberg Economics”in analitikləri səsləndiriblər.

İyunun 5-də ABŞ-ın Əmək Nazirliyi işsizlik hesabatını açıqlayacaq. Ehtimal olunur ki, qurum bu göstəricinin 19,6 faiz artdığını bildirəcək. Bu isə Böyük Böhran dövründən bəri ən yüksək göstəricidir.

Son on həftə ərzində ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı 40 milyonu keçib. Əmək Departamentinin məlumatına görə, 17-23 may tarixlərində 2,1 milyon amerikalı bu yardım üçün müraciət edib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}