Dünyada koronavirus qurbanlarının sayı 369 minə çatır

 

COVID-19 pandemiyası ərzində dünyada 6 milyondan çox insan koronavirusla bağlı analizlərin müsbət nəticəsinı alıb.

Bu barədə Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, təhlükəli virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 6 096 799 təşkil edir. Son sutkada koronavirusa 116048 yeni yoluxma, bu virusdan 5017 ölüm qeydə alınıb.

Ümumiyyətlə, dünyada 368 871 pasiyent həmin infeksiyanın qurbanı olub, 2 702 383 nəfər bu xəstəlikdən sağalıb.

Hazırda aktiv yoluxma hallarının sayı 3 025 545 nəfərdir. Xəstələrin 53 500-ü ağır vəziyyətdədir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}