Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü

 

Dünyada koronavirus infeksiyasına yoluxan 2 655 258 nəfər sağalıb, 366 284 nəfər isə koronavirusun yaratdığı xəstəlikdən ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu gün səhər saatlarına olan məlumatlara görə indiyədək 6 019 977 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (1 791 679), Braziliya (465 166) və Rusiyada (387 623) qeydə alınıb.

Hazırda dünyada 2 998 435 nəfər aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 757 nəfərin vəziyyəti ağırdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}