Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

 

Çində son sutka ərzində cəmi 2 nəfərdə koronavirus aşkarlanıb, 8 pasiyent sağalıb, ölən olmayıb. 

Şəffaflıq.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, virus Şanxayda xaricdən gələn şəxslərdə tapılıb.

Ölkənin tibb müəssisələrində 73 nəfərin müalicəsi davam etdirilir. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.

Çində ümumilikdə 82 995 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 288 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}