ÜST: Son sutkada dünyada 100 264 koronavirusa yoluxma halı qeydə alınıb

 

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 100 mindən çox artıb.

Şəffaflıq.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.


Mayın 25-i saat gecə saatlarına olan məlumata əsasən, ötən sutka ərzində 100 264 nəfər yeni koronavirusa yoluxub, 4342 nəfər isə dünyasını dəyişib.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 395 295 yoluxma və 141 472 ölüm halı.

Bu göstəricilərə görə ikinci yerdə olan Avropada yoluxanların sayı 2 025 176, ölənlərin sayı isə 174 429 nəfərə çatıb.

Qərbi-Sakit okean regionunda ümumilikdə 427 832 yoluxma və 11 164 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}