Asiyada koronavirusun ən çox yayıldığı 5 ölkə - SİYAHI

 

Ötən gün Asiyada 24 min 297 nəfər koronavirusa yoluxub, 394 nəfər isə bu virusdan ölüb.

Şəffaflıq.az xəbər verir ki, ümumilikdə Asiyada indiyə qədər 936 min 333 nəfərin koronavirusa yoluxma, 27 min 68 nəfərin isə bu virusdan ölüm halı qeydə alınıb.

Asiya üzrə ümumi yoluxma sayına görə ilk sırada Türkiyə gəlir.

Qardaş ölkədə son saatlarda 1186 nəfər yoluxub, 32 nəfər isə dünyasını dəyişib. Ümumilikdə Türkiyədə indiyə qədər 155 min 686 yoluxma, 4 min 308 ölüm qeydə alınıb.

Növbəti sırada isə İrandır.

İranda son olaraq 1869 yoluxma, 59 ölüm olub. Ümumilikdə İranda indiyə qədər 133 min 521 nəfər koronavirusa yoluxub, 7 min 359 nəfər isə bu virusdan ölüb.

Üçüncü olan Hindistanda dünən 6 min 629 nəfər yoluxub, 142 nəfər isə ölüb.

Hindistanda indiyə qədər 131 min 423 yoluxma, 3 min 868 ölüm qeydə alınıb. Bu ölkədə son 1 həftə ərzində 40 mindən çox yoluxma qeydə alınıb. Bu tendensiya davam edərsə, həftə ərzində Hindistan koronavirusa yoluxanların sayına görə Asiya üzrə siyahının başında olacaq.

Dördüncü yerdə isə koronavirusun beşiyi sayılan və bu virusdan ən tez yaxa qurtaran Çin gəlir.

Çində son saatlarda yoluxma və ölüm olmayıb. Ümumilikdə Çində indiyə qədər 82 min 971 nəfər koronavirusa yoluxub, 4 min 634 nəfər isə ölüb.

Beşinci sırada isə Səudiyyə Ərəbistanıdır.

Bu ölkədə dünən 2 min 442 nəfər yoluxub, 15 nəfər ölüb. Ümumilikdə Səudiyyə Ərəbistanında 70 min 161 yoluxma, 379 ölüm qeydə alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}