Kilsəyə getdilər, koronavirusa yoluxdular

 

Almaniyanın Frankfurt əyalətində olan bir kilsədə ayin üçün yığışan 40 nəfər koronavirusa yoluxub.

Şəffaflıq.az xarici KİV-lərə istinadən xəbər verir ki, may ayının 10-da Frankfurtdakı “Evangeliums-Christen-Baptisten Kilisəsi”ndə dini ayin icra olunub. Ötən gün Frankfurt səhiyyə dairəsi məlumat yayaraq bəyan edib ki, həmin ayində iştirak edən 40 nəfərdə koronavirus aşkar edilib.

Kilsə dərnəyinin rəhbəri Vladimir Pritzkau bildirib ki, koronavirus aşkar edilən həmin şəxslərin böyük əksəriyyəti evlərində karantin altına alınıb, digər 6 nəfər isə xəstəxanada müalicə alır.

Pritzkau ayin zamanı neçə nəfərin iştirak etdiyini açıqlamasa da qeyd edib ki, kilsədə bütün fəaliyyətlər dondurulub, ayinləri internet üzərindən həyata keçirirlər. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}