ABŞ-da bir günə 23 mindən çox insan koronavirusa yoluxub

 

ABŞ-da son sutka ərzində 23 mindən çox yeni növ koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 1,2 mindən çox insan virusdan ölüb.


Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, habelə KİV-in və digər açıq mənbələrin məlumatlarını toplayaraq hesabat aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, son sutka ərzində ABŞ-da 23 790 yeni yoluxma hadisəsi qeydə alınıb. Son 24 saat ərzində ABŞ-da 1 277 nəfər koronavirusun qurbanı olub.

Universitet məlumatına görə, ABŞ-da ümumilikdə 1,6 milyondan çox insan koronavirusa yoluxub, 96 mindən çox ölüm faktı qeydə alınıb. 350 mindən çox insanın isə sağaldığı qeyd olunur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}