Ərdoğanın tarixi uçuşunu həyata keçirən pilot qəzada öldü

 
Ərdoğanın tarixi uçuşunu həyata keçirən pilot qəzada ölüb.
Moderator24.com Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbuldan Amasraya dostları ilə gəzintiyə çıxan təcrübəli pilot Sərdar Halil Girgin Zonquldağda idarə etdiyi motosikletinin qaya parçalarına çırpılması nəticəsində həlak olub.
Qeyd edək ki, Sərdar Girgin Türk Havala Yollarının ən uzun uçuşu olaraq tarixə düşən 16 saatlıq Sankt-Peterburq uçuşunu həyata keçirən pilot kimi tanınır. Həmin dövrdə baş nazir olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da təyyarədə olub.шаблоны для dle 11.2


Facebook-da paylaş