Bu ölkələrdə koronavirusa yoluxma sayında azalma var - Siyahı

 

Hələ də vaksini tapılmayan koronavirus (Covid-19) dünyada can almaqda davam edir. Bəzi ölkələrdə bu virusa yoluxmanın ikinci dalğası yaşanır. Eyni zamanda bir sıra ölkələrdə var ki, həmin ölkələrdə koronavirusa yoluxma halları azalıb.  Bu baxımdan koronavirusa yoluxma sayını göstərən cədvəllərdə ölkələr tez-tez yer dəyişirlər.

Şəffaflıq.az xarici mənbələrə istinadən bildirir ki, hazırkı saata görə koronavirusa dünyada yoluxanların ümumi sayı 4 milyon 861 min 40  nəfərdir. Ölənlərin ümumi sayı isə 318 min 696-ə çatıb. Bu zamana qədər koronavirusdan dünyada 1 milyon 888  min 928 nəfər sağalıb. Eyni zamanda hazırda 2 milyon 653  min 30 nəfər aktiv koronavirus xəstəsi var ki, onlarda da 43  min 870 nəfərinin vəziyyəti ağırdır. Bu, xəstələrin cəmi 2 faizini təşkil edir.

Dünyada koronavirusun əsarətində qalan ABŞ-da yoluxma sayı yenə də yüksək olaraq qalır. Lakin bu say, əvvəlki günlərlə müqayisədə  aşağıdır.  Hazırkı saata görə ABŞ-da indiyədək 1 milyon 539 min 797 nəfər koronavirusa yoluxub. Son saatlarda 12 min 133  nəfər yoluxma, 516 nəfər isə ölüm halı qeydə alınıb.

Dünyada koronavirusa yoluxma sayına görə ikinci yerdə şimal qonşumuz Rusiya gəlir. Lakin bu gün ötən günlərlər müqayisədə Rusiyada koronavirusa yoluxma sayında azalma var. Ümumilikdə Rusiyada bu zamana qədər 290 min 678 nəfər koronavirusa yoluxub, 2 min 722 nəfər isə dünyasını dəyişib. Bu gün Rusiyada 8 min 926 nəfər yoluxub, 91 nəfər isə ölüb.

Üçüncü sırada gələn İspaniyada bu gün 468 nəfər yoluxub, 59 nəfər isə ölüb. İspaniyada da ötən günlərlə müqayisədə azalma var.
Üçüncü sıraya isə İngiltərə yüksəlib. İngiltərədə son saatlada 2 min 711 nəfər yoluxub,160  nəfər ölüb. Son saatlarda yoluxma sayına görə  Brazilyada 4 min 515 nəfər yoluxub, 252 nəfər isə ölüb. Brazilyada yoluxma sayı yüksək olaraq qalıb. Son saatlarda bu ölkəd İtaliyanı geridə qoyub. İtaliyada isə ötən həftələrlə müqayisədə yoluxma sayında dəfələrlə azalma var. Belə ki, bu gün İtaliyada 451 nəfər yoluxub, 99 nəfər isə ölüb.

Növbəti sırada yer alan Fransada son saatlarda yoluxma sayı qeydə alınmayıb. Onu da bildirək ki, bir neçə gündür Fransa koronavirusa yoluxma sayını açıqlamır. Lakin gün ərzində bu virusdan 131 nəfərin öldüyü bildirilib.  Almaniyada isə bu gün 562 nəfər yoluxub, 48 nəfər isə ölüb. Almaniyada hər gün yoluxan və ölənlərin sayı demək olar ki, eyni olur. 9-cu yerdə olan  Türkiyədə isə 1158 nəfər yoluxub, 31 nəfər isə ölüb. Siyahıda 10-cu olan digər qonşumuz İranda isə bu gün 2 min 294 nəfər yoluxub, 69 nəfər isə ölüb. İranda yoluxma sayı ötən günlərlə müqayisədə artıb.

Dünyaya koronavirus Çindən yayılsa da, hazırda bu ölkə siyahıda 13 -cü sıraya qədər enib. Bu gün Çində 7 nəfər yoluxub, ölən isə yoxdur. Çində indiyə qədər 82 min 954 nəfər koronavirusa yoluxub. Bu zamana qədər Çində koronavirusdan cəmi 4 min 634 nəfər ölüb.  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}