Dünyada koronavirusa yoluxanların sayı 4,5 milyonu ötüb

 

Bu gün səhər saatlarına olan məlumata görə dünyada koronavirusa yoluxanların sayı 4 516 360 nəfərə çatıb.

Şəffaflıq.az-ın məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Ölüm hallarının ən çox sayı - təxminən 86,9 mini ABŞ-da, 34 mini - Böyük Britaniyada, 31,6 mini - İtaliyada və 27,5 mini Fransada qeydə alınıb.

Bu günə qədər koronavirusla əlaqəli xəstəliklərdən ölənlərin sayı 306 051 nəfərə yüksəlib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}