Bolqarıstanda xüsusi karantin rejiminin müddəti uzadıldı

 

Bolqarıstan hökuməti ölkədə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar qəbul edib.

Şəffaflıq.az “RİA Novosti”yə xəbər verir ki, karantin rejiminin müddəti 14 iyun ayınadək uzadılıb.

Ölkədə muzey və kitabxanaların faəliyyəti bərpa edilib. Bütün bərpa olunan fəaliyyət növlərində xüsusi gigiyena qaydalarına əməl olunması, habelə sosial distansiya zəruridir.

Məktəblər və ticarət mərkəzləri isə hələ də bağlıdır.

Qeytd edək ki, Bolqarıstanda 2 069 nəfər koronavirusa yoluxub, infeksiyanın yaratdığı xəstəlikdən 96 nəfər ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}