Dünyada koronavirusa yoluxanların sayı 3.5 milyonu keçdi

 

Dünyada koronavirusa yoluxma halları davam edir. 

Şəffaflıq.az xarici mənbələrə istinadən bildirir ki, bu gün günorta saatlarına olan məlumata görə dünyada yoluxma sayı 3 milyon 500 min 379 nəfərə yüksəlib.

Ümumi ölüm sayı isə 245 min 38 nəfərdir.

İndiyədək dünyadan koronavirusdan müalicə alaraq 1 milyon 128 min 298 sağalıb.

Hazırda 2 milyon 127 min 43 nəfər müalicə alır. Onlardan 50 min 739 nəfərinin vəziyyəti ağırdır. Bu isə ümumi müalicə alanların 2 faizi edir.

Onu da bildirək ki, dünyada indiyədək ən çox ölüm və yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə indiyədək 1 milyon 160 min 840 nəfər yoluxub, 67 min 448 nəfər isə ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}