Koronavirusa yoluxanların sürətlə artdığı ölkələr- siyahı

 

Dünyada koronavirus pandemiyasına yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Son bir neçə saat içərisində bəzi ölkələr ümumi yoluxma sayına görə siyahı üzrə önə keçiblər. 

Şəffaflıq.az xəbər verir ki, son saatların göstəricisinə görə, ABŞ yenə də ilk sıradadır. Bundan sonra digər ölkələrdə yoluxma sayı nə qədər artsa da, ekspertlər hesab edirlər ki, ABŞ-ın siyahının başındakı yeri dəyişməyəcək. Dünəndən etibarən ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 1 milyonu keçib. İndiyə olan göstəriciyə görə, ABŞ-da son bir neçə saat ərzində 1771 nəfər ölüb, 18 min 823 yeni yoluxma qeydə alınıb. Son sutkanın statistikasına əsasən ümumilikdə ABŞ-da 1 milyon 29 min 179 nəfər koronavirusa yoluxub, 58 min 568 adam isə bu virusdan ölüb.

Yoluxma sayına görə ABŞ-dan sonrakı sırada yer alan İspaniyada son saatlarda 2 min 706 yoluxma, 301 ölüm qeydə alınıb.

Növbəti sırada yer alan İtaliyada son saatlarda 2 min 91 yoluxma, 382 ölüm qeydə alınıb.

Fransada son saatlarda yoluxma sayı açıqlanmayıb, 367 nəfər ölüb.

İngiltərə son saatlarda yoluxanların sayına görə Almaniyanı keçib. Beləliklə İngiltərə dünyada koronavirusa yoluxanların ümumi sayına görə ilk beşliyə daxil olub. Son saatlarda 3 min 996 nəfər yoluxub, 586 nəfər ölüb. Ümumilikdə bu ölkədə 161 min 145 yoluxma, 21 min 678 ölən var.
Almaniyada bir neçə saat içərisində 673 nəfər yoluxub, 89 nəfər isə ölüb.

Azərbaycanla quru sərhəddə olan ölkələrdə də yoluxma sayı artmaqdadır. Belə ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayına görə 7-ci yerdə olan Türkiyədə bu vaxta qədər cəmi 114 min 653 yoluxma var. Qardaş ölkədə bu gün 2 min 392 yeni yoluxma, 92 yeni ölüm faktı qeydə alınıb. Son saatlarda İranı geridə qoyaraq 8-ci yerə yüksələn Rusiyada bu gün 6 min 411 nəfər yoluxub, 73 nəfər ölüb. Ümumilikdə bu ölkədə 93 min 558 yoluxma, 867 ölüm qeydə alınıb.

Siyahıda 9-cu olan İranda bu gün 1112 nəfər yoluxub, 71 nəfər isə ölüb. Ümumilikdə İranda 92 min 584 yoluxma, 5 min 877 ölüm qeydə alınıb.

Yoluxmanın ümumi sayına görə İrandan sonra Çin gəlir ki, koronavirusun beşiyi olan bu ölkədə bu gün 6 nəfər yoluxub, ölən isə yoxdur.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 139 000-i ötüb. Bunların 956 097 nəfəri sağalıb, 218 013 nəfəri isə ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}