Kəlbəcərdə qəza: üç erməni öldü

 Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç erməni ölüb.
Şəffaflıq.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, qəza yanvarın 20-də, saat 22:07-də Kəlbəcər şəhərindən Tsar kəndinə aparan yolun 12-ci kilometrliyində baş verib.
Sürücü O.Q.-nın idarə etdiyi “Niva” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb və çaya düşüb. Sürücü və onun iki sərnişini, həmin kəndin sakinləri A.İ.E.A. hadisə yerində ölüblər.
A.T. adlı daha bir sərnişin isə müxtəlif bədən zədələri ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Oxu.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}